Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci dövrənin ilk turunun bir oyunu əlverişsiz hava şəraiti üzündən təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, bu, “Orenburq” – “Krılya Sovetov” matçıdı. Orenburqdakı "Qazovik" stadionunda keçirilməli olan qarşılaşmanınn startı ərəfəsində temperatur -17 dərəcəyə enib. Oyunun yeni tarixi hələ məlum deyil.

Qeyd edək ki, "Krılya Sovetov"un heyətində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də forma geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp