“Neftçi” Topaz Premyer Liqasının 13-cü turunun açılış matçında “Sabah”la qarşılaşd.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar" 2:1 hesablı qələbə ilə qış fasiləsinə lider kimi gedişini rəsmiləşdirdi.

Gərginliyi ilə yadda qalan qarşılaşmada baş hakim Rəhim Həsənov 3 dəfə qırmızı vərəqə göstərib. Bunlardan 2-si "Neftçi"nin futbolçularına verilib. Komandanın qapısına həm də penalti təyin edilməsi klub rəsmilərini narazı salıb.

Matçdan dərhal sonra klub perzidenti Kamran Quliyev AFFA nümayəndəsinə kəskin etirazını bildirib. Hakimliyi "faciə" adlandıran Quliyev bəzi qərarlarla bağlı protokola qeydlərin olacağını deyib. "Neftçi" xüsusilə Baqali Dabonun qırmızı vərəqə ilə cəzalandığı epizoddan (ikinci "sarı") və qapılarına təyin edilən penaltidən narazı qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp