“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında hakimin qərarlarını "absurd” adlandırıb: 

"Çox çətin oyun alındı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və buna nail olduq. Komanda yoldaşlarıma, məşqçilərə və rəhbərliyə təşəkkür edirəm. Bu, bizim ümumi qələbəmizdi. Hakim qərarlarına gəlincə, çox ümid etmək istərdim ki, bunlar qərəzsiz və səhv qərarlar idi. Amma şəxsi fikrim budu ki, hakim penalti vermək əvəzinə, haqsız olaraq simulyasiyanı əsas gətirərək, Daboya ikinci sarı vərəqəni göstərdi. Absurddu. Fikrimcə, hakim əlindən gələni etdi ki, uduzaq. Şükür Allaha, bu, bizim qələbə qazanmağımıza mane olmadı”.

Abbasov qol vurmağına da münasibət bildirib: "Bu mənim cərimə zərbəsindən vurduğum ilk qoldu. Məşqlərdə həmişə bunun üzərində çalışırdım, bəzən alınırdı, bəzən yox. Bu gün isə oyunda alındı. Bundan sonra cərimə zərbələrini özüm yerinə yetirəcəm (gülür). Ümid edirəm, bu, cərimə zərbəsindən vurduğum son qol olmayacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp