Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha bir matç baş tutub.

“Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Bu komandalar arasında ilk dövrədə Bakıda baş tutan oyunda zirəlilər minimal hesabla qələbə qazanıblar. Qəbələ təmsilçisi bu gün həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb.

Lakin qarşılaşma başa çatmayıb. Belə ki, güclü duman səbəbindən qarşılaşmanın baş hakimi Vüqar Həsənli oyunu 58-ci dəqiqədə dayandırmalı olub.

Topaz Premyer Liqası
13-cü tur

2 dekabr

Qəbələ – Zirə 0:0
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Dilan Duvetru, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov, 3. Budaq Nəsirov.
Baş məşqçi: Samir Abasov.

Tura sabah keçiriləcək “Qarabağ” – “Keşlə” oyunu ilə yekun vurulacaq. Ötən baş tutan ilk oyunda isə bu hesablar qeydə alınıb: Sabah – Neftçi 1:2. Sumqayıt – Səbail 1:0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp