Futbol üzrə Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Karabükspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Komandasının vurduğu qollardan ikisinə də Yılmaz imza atıb. O, 25 və 76-cı dəqiqələrdə rəqib qapısına yol tapıb. Millimizin sabiq forvardı daha iki qolda da məhsuldar ötürmə müəllifi olub.

“Gənclərbirliyi” hazırda 34 xalla 18 kollektiv arasında 1-cidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp