Futbol üzrə Almaniya 3-cü Liqasında 17-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda “Halleşer”lə qarşılaşıb. Münster klubu bu oyundan məğlub ayrılıb – 1:2.

Rüfət bu görüşün iştirakçısı olmayıb. Buna səbəb hazırda onun zədədən əziyyət çəkməsidi.

Dadaşovun komandası 17 turdan sonra 29 xalla 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp