Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunan mərasim saat 15:00-da başlayıb.

Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AÇ-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edib.

Püşkatmada Azərbaycan yığmasının da rəqibləri bəlli olub. Komandamız E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə mübarizə aparacaq.

55 komandayla start götürəcək qrup oyunları gələn ilin martın 21-dən noyabrın 19-na qədər keçiriləcək. 12 fərqli ölkədə keçiriləcək AÇ-2020 12 iyunda başlayacaq və bir ay davam edəcək.

AÇ-2020-nin səbətləri

Millətlər Liqası səbəti:

İsveçrə, Portuqaliya, Hollandiya, İngiltərə

1-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa

2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya

3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail

4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Çernoqoriya, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan

5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer adaları

6-cı səbət: Litva, Lixtenşteyn, Andorra, Malta, San Marino

AÇ-2020-nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlayacaq. 

AÇ-2020-nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 final mərhələsinin qarşılaşmasıdı.

Püşkatmanın bütün nəticələri isə belədi:

A qrupu
İngiltərə
Çexiya
Bolqarıstan
Çernoqoriya
Kosovo

B qrupu
Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq

C qrupu
Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus

D qrupu
İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq

E qrupu
Xorvatiya
Uels
Slovakiya
Macarıstan
Azərbaycan

F qrupu
İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta

G qrupu
Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya

H qrupu
Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra

İ qrupu
Belçika
Rusiya
Şotlandiya
Kipr
Qazaxıstan
San Marino

J qrupu
İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan
Lixtenşteyn

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp