Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Pars Cənubi Jam” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu turda “Persepolis”ə uduzub – 0:1.

Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 26 xalla 3-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 13 xalla 11-cidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp