Futbol üzrə Slovakiya yığma komandasının baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin də yer aldığı E qrupunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Beş komandanın olduğu qrupa düşdük. Buna görə yoxlama matçı da keçirə bilərk. Püşkdən məmnun olmalıyıq. Balanslı qrupa düşmüşük. İspaniya və Almaniyanın yer aldığı qruplar çox güclüdü. Məndə pis hisslər yaranmışdı. Qorxurdum ki, Almaniya ilə eyni qrupa düşərik”.

Qeyd edək ki, E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp