Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qəbələ” – “Zirə” qarşılaşmasının əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salındığını xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, qatı duman səbəbindən 58-ci dəqiqədə dayandırılan qarşılaşmanın daha öncə sabah 14:00-da qaldığı yerdən davam etdiriləcəyi barədə xəbərlər yayılmışdı.

Artıq Peşəkar Futbol Liqası da bu oyunla bağlı rəsmi qərarı açıqlayıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, sözügedən oyun sabah – dekabrın 3-də, saat 13:00-da saxlanıldığı dəqiqədən davam etdiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp