Futbol üzrə İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib. 

“Milan” doğma meydanda “Parma” üzərində əzmkar qələbəyə sevinib. “Torino” da “Cenoa”nı məğlub yola salıb.

“Frozinone” – “Kalyari”, “Sassuolo” – “Udineze” və “Kyevo” – “Latsio” matçlarında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü Romada keçirilib. “Roma” “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı qarşılaşmada tərəflərə hərəyə 1 xalla kifayətlənməli olublar.

İtaliya A Seriyası
14-cü tur

1 dekabr

SPAL – Empoli 2:2
Qol: Kurtiç, 5; 67 – Kaputo, 24. Kruniç, 43.

Fiorentina – Yuventus 0:3
Qol: Bentankur, 31. Kyellini, 69. Ronaldo, 79-pen.

Sampdoriya – Bolonya 4:1
Qol: Praet, 10. Kvalyarella, 25; 68. Q.Ramires, 41 – Poli, 17.

2 dekabr

Milan – Parma 2:1
Qol: Kutrone, 55. Kessye, 71-pen – İnqlese, 49.

Frozinone – Kalyari 1:1
Qol: Kassata, 14 – Farias, 77.

Sassuolo – Udineze 0:0

Torino – Cenoa 2:1
Qol: Ansaldi, 44. Belotti, 45-pen – Kouame, 36.

Kyevo – Latsio 1:1
Qol: Pellisye, 25 – İmmobile, 66.

Roma – İnter 2:2
Qol: C.Ünder, 51. Kolarov, 74-pen – Balde, 37. İkardi, 66.

3 dekabr

23:30 Atalanta – Napoli

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp