Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ayaz bu görüşün iştirakçısı olmayıb. Ötən tur qırmızı vərəqə ilə cəzalanan futbolçu bu səbəbdən sözügedən oyunu buraxıb.
“Rostov” hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb.