“Uğurun atası çox olsa da, məğlubiyyət yetim olur”. Futbolmuzuda da belədi, harada uğur olur, qarışqa şirəyə qaçan kimi hamı üstünə daraşır. Bərbəzəkli açıqlamalar, müsahibələr, “mən yetişdirmişəm”, “mənim uğurumdu” kimi sözlər asimana bülənd olur. Elə ki, uğursuzluq olur, hamı siçan deşiyini satın alır.

Yaxınlarda  gözümə belə bir şəkil dəydi: “MFL-dən PFL-ə”. MFL-in (Mini Futbol Liqası) “facebook” səhifəsində paylaşılmışdı. Sən demə, Premyer Liqanın 12-ci turunun “Zirə” – “Sumqayıt” qarşılaşmasının baş hakimi Səbuhi Bayramov MFL-dən  Premyer Liqaya yüksəlib.

Bunun adı nədi? Marketinq? MFL-in uğuru? Niyə insanları aldadırsız? Niyə özünüzü gülünc vəziyyətə salırsız? Ən azı futboldan zərrə qədər də anlayışınız olsa, bilməlisiniz ki, mini-futbolun oyun qaydaları ilə, böyük futbolun oyun qaydaları arasında nə qədər fərq var.

Sonra araşdırıram, sən demə, Səbuhi Bayramov tək bu mövsüm 1-ci divizionda 7 (5 oyunda baş hakim olmaq şərti ilə), Prmeyer Liqada 2 dəfə 4-cü hakim kimi iş başında olub. İndi MFL-in rəhbərlərinin – Rəhman Hacının, Ayaz Əhmədovun məntiqindən belə çıxır ki Media Kubokunun idarə etmiş hakim, futzal oyununu idarə edirsə, “Media Kubokundan Futzala” yazılmalıdır?

Futbol marketinqi fərqli olur, cənablar. Dostunuz Elxan Məmmədov kimi hər şeyi süniləşdirməyin! Onsuz da futbolda uğur varsa, onu yalandan təbliğ etməyə ehtiyac yoxdur, insanlar özü görəcək.

Sonra daha bir yazı qarşıma çıxdı: “Səbuhi Bayramov Elçin Məmmədovun yetirməsidir”. Elçin Məmmədov özünü yetişdirə bilib ki, hakim də yetişdirə bilsin? Bu gün – sabah 50 yaşı olacaq, hələ də bilinmir adı Elçindi, yoxsa Bayram.

Əliyar Ağayev uğur qazanır, 1-ci kateqoriyaya yüksəlir, müəllimlərinin sayı-hesabı bilinmir, hamı Əliyarın müəllimi olur, onun yetişməyində müstəsna rol oyanır. Çempionatımızda hakim səhvləri olanda, səhv etmiş hakimlərin müəllimlərini tapa bilmirik.

İş görəndə çalışın, səmimi olun. Başa düşürük, Rəhman Hacının PR-nı aparırsız, nüfuzunu qaldırmaq, futbolda uğurlu olduğunu göstərib, yeni vəzifəyə getməsinə çalışırsız. Amma bunu elə etmək lazımdır ki, kənardan hiss olunmasın. Süni təbliğat kənardan gülünc görsənir.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp