Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Ərtoğrul Sağlam vəzifəsindən istefa edib.

Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis uğursuz nəticələrdən sonra komandanın baş məşqçi postundan gedib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssis 2018-ci ilin mayından “Kayserispor”un "sükanı arxasında" idi.

“Kayserispor” cari mövsümdə 14 turdan sonra 12 xal toplayaraq, turnir cədvəlinin 17-ci pilləsində yer alıb.

Sağlam məşqçi karyerası ərzində “Bursaspor”, “Beşiktaş” kimi komandaları çalışdırıb. 2009/10 mövsümündə “Bursaspor”u Super Liqada çempion edən Sağlam, 2018-ci ilin yanvarından aprelə qədər İranın “Traktorsazi” klubunun baş məşqçisi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp