“Sabah”ın “Neftçi” ilə ev oyunu (1:2) “Sabah”ın gənc hücumçusu Emil Qasımov üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, start heyətində meydana çıxan 18 yaşlı futbolçu, Azərbaycan Premyer Liqasında debüt edib.

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov bundan öncəki turda, “Qarabağ”la görüşdə də gənc futbolçuya debüt etmək şansı vermişdi. O, sözügedən qarşılaşmanın 80-ci dəqiqəsində Şakir Seyidovu meydana buraxmışdı.

Həm Emil, həm də Şakir Azərbaycanın U-19 millisinin üzvüdür. Onlar bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan yığmanın uğurunda pay sahibi olublar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp