Fransanın “Renn” klubu baş məşqçisi Sabri Lamuşiylə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Liqa-1 təmsilçisi əvəzedicilərindən ibarət komandanın baş məşqçisi Stefan Yulyen müvəqqəti olaraq baş məşqçi postuna gətirilib.

Son turda “Strasburq”a öz meydanında 1:4 hesabıyla məğlub olan “Renn”, 15 turdan sonra 17 xal toplayaraq, 14-cü sırada qərarlaşıb.

“Renn” Avropa Liqasının qrup mərhələsinin son turunda – 13 dekabrda öz meydanında “Astana” ilə qarşılaşacaq. “Astana”da Azərbaycan millisinin üzvü Riçard Almeyda forma geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp