İspaniyanın “Atletiko” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Dieqo Koşta əməliyyat olunacaq.

İspaniya mətbuatı Koştanın Braziliyada əməliyyat olunacağını və 2-3 ay yaşıl meydanlardan uzaq qalacağını yazır.

“Atletiko”yla 2021-ci ilə qədər müqaviləsi olan 30 yaşlı forvard, cari mövsümdə 14 qarşılaşmada meydana çıxıb və 4 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp