Futbol üzrə İngiltərə Premyer Liqasının son turunda – “Arsenal”ın “Tottenhem”i 4:2 hesabıyla məğlub etdiyi London derbisində xoşagəlməz hal yaşanıb.

Futbolinfo.az xəbər verir ki, ev sahiblərinin hücumçusu Pyer-Emerik Obameyanq irqçiliyə məruz qalıb. Penalti zərbəsi zamanı 29 yaşlı futbolçuya rəqib azarkeşlərdən biri tərəfindən banan qabığı atılıb.

İngiltərə polisi matçdan dərhal sonra həmin azarkeşi həbs edib.

“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda keçirib və 0:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 13-də Londonda baş tutacaq.

banan - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp