PSJ Fransa çempionatının son turunda səfərdə “Bordo”yla 2:2 hesablı heç-heçə etməklə ilk xal itkisini yaşadı.

Futbolinfo.az xəbər verir ki, bu matç Paris təmsilçisinin futbolçusu Neymar üçün əlamətdar olub. Belə ki, braziliyalı futbolçu bu oyunda da fərqlənərək, Liqa 1-də qollarının sayını 30-a çatdırıb.

Fransa Liqa 1-ində keçirdiyi 32 oyunda 30 qol vuran Neymar, bununla da çempionatın tarixinə düşüb. Son 45 ildə heç bir futbolçu Liqa 1-də 32 oyunda 30 və ya daha çox qol vura bilməmişdi.

PSJ cari mövsümdə 15 turdan sonra 43 xalla turnir cədvəlinin vahid lideridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp