Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə-2” – “Şüvəlan” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Keşlə-2” – “Neftçi-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 40-cı dəqiqəsində “Keşlə” klubunun futbolçusu Şirməhəmməd Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Sabah-2” – “Ağsu” matçının 49-cu dəqiqəsində “Ağsu”nun futbolçusu Elnur Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Zaqatala” – MOİK matçının 30-cu dəqiqəsində MOİK-in futbolçusu İsmayıl Muradov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 33-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyinə görə 3 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Kəpəz” – “Səbail-2” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Neftçi-2” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp