“Neftçi” Topaz Premyer Liqasının 14-cü turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.

Futbolinfo.az xəbər verir ki, "Sabah”la qarşılaşmadan (2:1) sonra iki günlük fasiləyə buraxılan komanda bu gün klubun bazasında məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində Ruslan Abışovun fərdi məşğul olub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi” – "Sumqayıt” oyunu dekabrın 9-da 8-ci km stadionunda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp