Bu həftə futbol üzrə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək. 

Futbolinfo.az xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq. 

Maraqlıdı ki, bu mərhələdə üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb.

Söhbət “Şüvəlan” – “Keşlə” cütündən gedir. Lakin bu klublar da əvvəlki adlarının dövründə qarşılaşıblar. 2010/11 mövsümündə “Şüvəlan” AZAL, “Keşlə” isə “İnter” adlandığı zaman üz-üzə gəlib. Yarımfinalda qarşılaşan komandaların duelində ilk oyun qolsuz başa çatsa da, cavab görüşündə “İnter” 1:0 hesabıyla qalib gəlməklə finala yüksəlib.

“Ağsu” – “Sabah”, “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Kəpəz” – “Səbail” cütlərinin iştirakçıları isə indiyədək kubokda qarşılaşmayıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp