Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Elita təmsilçilərindən “Trabzonspor” və “Antalyaspor” ilk oyunda aşağı liqa klubları ilə heç-heçəyə razılaşıb. “Göztəpə” və “Alanyaspor” isə cütün taleyini demək olar ki, ilk oyundaca həll etməyi bacarıb. Super Liqanın daha bir təmsilçisi – “Rizəspor” isə doğma meydanda 1-ci liqa klubu “Balıkəsirspor”a 2 cavabsız qolla məğlub olub.

Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi, ilk oyunlar

4 dekabr

Sivas Bələdiyəspor – Trabzonspor 2:2
Gənclərbirliyi – Hatayspor 2:1
Nazilli Bələdiyəspor – Göztəpə 0:3
Antalyaspor – Darica Gənclərbirliyi 2:2
Alanyaspor – Kahramanmaraşspor 7:2
Rizəspor – Balıkəsirspor 0:2

5 dekabr

14:00. Keçiörengücü – Qalatasaray
15:45. Ümraniyəspor – 1461 Trabzon
18:00. Boluspor – Van Bələdiyəspor
19:30. Altay – Kayserispor
21:30. Adana Dəmirspor – Başakşəhər

6 dekabr

14:00. Bodrumspor – Ankaragücü
16:00. Fatih Karagümrük – Akhisarspor
18:00. Menemen Bələdiyəspor – Kasımpaşa
19:30. Yeni Malatyaspor – Etimesqut Bələdiyyəspor
21:30. Fənərbaxça – Girəsunspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp