Futbol üzrə Fransa çempionatında 16-cı tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

15-ci turda öz meydanında “Monpelye”yə 1:2 hesabıyla məğlub olan “Monako” səfərdə “Amyen”in qonağı olub. Tyerri Anrinin çalışdırdığı kollektiv səfərdə inamlı qələbəyə sevinib.

Günün digər qarşılaşmasında turnir cədvəlində 2-ci və 4-cü yerləri bölüşən “Monpelye” ilə “Lill” münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də qonaqlar minimal hesabla üstün olublar.

Fransa Liqa 1
16-cı tur

4 dekabr

Amyen – Monako 0:2
Qol: Falkao, 43-pen; 90-pen.

Nitsa – Anje 0:0

Monpelye – Lill 0:1
Qol: Pepe, 6.

5 dekabr

22:00 Bordo – Sent-Etyen
22:00 Kan – Nim
22:00 Dijon – Genqam
22:00 Olimpik (Lion) – Renn
22:00 Nant – Olimpik (Marsel)
22:00 Reyms – Tuluza
00:00 Strasburq – PSJ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp