Futbol üzrə Latviya milli komandasının baş məşqçisi Miksu Paatalaynen istefaya göndərilib.  

Futbolinfo.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bu barədə qərar tərəflər arasındakı müzakirələrdən sonra qəbul olunub. Yeni baş məşqçinin adı dekabrın 18-də federasiya şurasının iclasında açıqlanacaq. 
 
Qeyd edək ki, Latviya yığması UEFA Millətlər Liqasında qrup 3-cüsü olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp