Sabah futbol üzrə Azərbaycan Kubokunda 27-ci mövsümə start veriləcək. 

Futbolinfo.az xəbər verir ki, ölkə kuboku uğrunda mübarizə 1/8 final mərhələsindən başlayacaq. 

“Kəpəz” ilk mərhələdən yarışa qoşulacaq. “Sarı-göylər”in rəqibi Premyer Liqada çıxış edən “Səbail” klubu olacaq. Gəncə şəhər stadionunda keçiriləcək oyunun startı saat 13:30-da veriləcək. Bu mərhələ bir görüşdən ibarətdi.

“Kəpəz” qarşılaşmaya hazırlıq çərçivəsində son məşqi oyunun reallaşacağı meydanda keçirib. Hazırlıq prosesi 45 dəqiqə çəkib. Bakı təmsilçisi ilə matç öncəsi Etibar İbrahimovun komandasında ciddi itki var. “Kəpəz”in hücumçusu Ziyabil Məmmədov zədəyə görə meydana çıxa bilməyəcək. 27 yaşlı futbolçu ötən həftə “Səbail”in Birinci Divizionda yarışan ikinci komandası ilə görüşdə zədələnib. Yeri gəlmişkən, Məmmədov sözügedən oyunda (1:0) qələbə topunun müəllifi olub.  

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp