Belarusda ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, BATE-nin futbolçusu İqor Staseviç ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Staseviç bundan başqa, Belarus çempionatının ən yaxı yarımmüdafiəçisi seçilib. 

BATE Belarus çempionatında 30 oyundan sonra 73 xal toplayaraq, çempion olub.

BATE Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda rəqibinə 0:1 hesabıyla məğlub olan “Qarabağ”, səfərdə 1:1 hesablı heç-heçə etməsinə baxmayaraq, iki oyunun nəticəsinə əsasən ÇL-də mübarizəni dayandırmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp