“Nyukasl”ın sahibi Mayk Eşli klubu satmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, bu barədə ingilis biznesmen İngiltərə mətbuatına açıqlamasında deyib:

“Qış transfer pəncərəsi dövrünə qədər klubun satışını başa çatdırmaq istərdim. Əminliklə "satacam" deyə bilmərəm. Ancaq bu istiqamətdə işlər görüluür. Ümid edirəm ki, yeni ilə qədər satış işləri tamamilə bitəcək”.

2007-ci ildən klubun sahibi olan Mayk Eşli, dəfələrlə “Nyukasl”ı satmağa cəhd etmiş, lakin alıcı tapa bilməmişdi.

“Nyukasl” hazırda Premyer Liqada 14 turdan sonra 12 xalla 15-ci sırada qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp