“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, “Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan gənc futbolçu yeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib:

– "Sumqayıt”la oyuna hazırlıq necə keçir?
– Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.

– Artıq qış çempionusuz…
– Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidi ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.

– Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiz…
– Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım… (gülür)

– Hiss edirsiz ki, oyununuzu daha da yaxşılaşdırmısız?
– Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdı.

– Növbəti rəqib "Sumqayıt” haqda nə deyə bilərsiz?
– Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.

– Yeni ili harada keçirmək istəyirsiz?
– "Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdi ki, yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp