Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Van Bələdiyyəspor”la qarşılaşıb. Altı qolun vurulduğu qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsiylə başa çatıb – 5:1.

Ufuk bu görüşün iştirakçısı olmayıb. Baş məşqçisi, digər əsas heyət oyunçuları kimi, Budaka da aşağı liqa təmsilçisi ilə görüşdə istirahət verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp