Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, “Çelsi” bu turda “Vulverhempton” səfərinə yollanıb. London klubu bu görüşdən məğlubiyyətlə ayrılıb. 

"Liverpul" səfərdə "Bernli"yə, "Tottenhem" isə evdə "Sauthempton"a qalib gəlib.

Turun mərkəzi görüşü Mançester şəhərində keçirilib. Belə ki, “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Arsenal” MY-nin qonağı olub. Dörd qolun qeydə alındığı qarşılaşma heç-heçə bitib.

İngiltərə Premyer Liqası
15-ci tur

4 dekabr

Bornmut – Haddersfild 2:1
Qol: Vilson, 5. Freyzer, 22 – Konqolo, 38.

Vest Hem – Kardiff Siti 3:1
Qol: L.Peres, 49; 54. Antonio, 61 – Mörfi, 90.

Brayton – Kristal Pelas 3:1
Qol: Murrey, 24-pen. Baloqun, 31. Andone, 45 – Milivoyeviç, 81-pen.

Uotford – Mançester Siti 1:2
Qol: Dukure, 85 – Sane, 40. Mahrez, 51.

5 dekabr

Bernli – Liverpul 1:3
Qol: Kork, 54 – Milner, 62. Firmino, 69. Şaqiri, 90.

Everton – Nyukasl 1:1
Qol: Riçarlison, 38 – Rondon, 19.

Fulhem – Lester 1:1
Qol: Kamara, 42 – Maddison, 74.

Vulverhempton – Çelsi 2:1
Qol: R.Ximenes, 59. Jota, 63 – Loftus-Çik, 18.

Mançester Yunayted – Arsenal 2:2
Qol: Marsyal, 30. Linqard, 69 – Mustafi, 26. Lakasett, 68.

Tottenhem – Sauthempton 3:1
Qol: Keyn, 9. Moura, 51. S.H.Min, 55 – Austin, 90.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp