Futbol üzrə Rusiya Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krasnodar”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Ayaz bu görüşün iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.

Bu komandalar arasındakı cavab matçı 2019-cu ilin fevral ayında keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp