Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatması keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, püşkatmada C səbətində yer alan Azərbaycanın U-19 millisinin də rəqibləri məlum olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq:

A səbəti: Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa
B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, Çexiya, Macarıstan, Hollandiya
C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, Azərbaycan, Norveç
D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Kipr

Elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp