“Sabah”ın legioneri Miloş Bosançiçin futbolinfo.az saytına müsahibəsi:

– “Neftçi” ilə oyunda doğma meydanda uduzdunuz. Halbuki, rəqib oyunun çox hissəsini azlıqda keçirdi…
– “Neftçi” 2 qol vurdu. Bu qollardan biri erkən gəldi. Ondan sonra rəqib müdafiə olunmağa başladı. Biz də düzgün istiqamətdə hücumlar qura bilmədik. Səhvlər etdik. Bunun nəticəsində uduzduq.

– “Qarabağ”la matçda daha yaxşı oynamışdınız. Səncə, “Neftçi” bu mövsüm daha güclüdümü?
– “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdı. Buna yüz faiz əminəm. Düşünürəm ki, bu mövsümün çempionu “Neftçi” deyil, “Qarabağ” olacaq. 

– Sabah kubokda “Ağsu”ya qarşı oyununuz var…
– Sabahkı matçda meydanda olmayacam. Səbəb zədəmdi. Ayağımda zədə var və biz risk edə bilmərik. Çünki həftəsonu “Keşlə”yə qarşı çox vacib oyunumuz olacaq. Həmin matçda 3 xal qazanmalıyıq. 

– Son 4 oyunda qələbəniz yoxdu. Bu, sizi narahat etmir?
– Düzdü, son 4 oyunda qalib gələ bilməmişik. Məncə, bunun əsas səbəbi matçların çoxunda Marko Deviçin meydana çıxmamasıdı. Çünki o, bizim üçün çox vacib oyunçudu. Bundan sonrakı oyunlarda meydana çıxsa, daha çox xal qazanacağıq. 

– Artıq çempionatın ilk yarısı başa çatır. İlk mövsümünün ilk hissəsini necə dəyərləndirirsən?
– Düşünürəm ki, mənim üçün yaxşı oldu. “Sabah”a, çempionata adaptasiyam rahat keçdi. Üstəlik, komandamız aşağı pillələrdə deyil, yuxarı yerlərədi. Ümid edirəm ki, qışdan sonra daha az zədəm olar və daha çox meydana çıxaram. 

– Adətən çempionatların ikinci yarısı daha maraqlı olur. Sən bu mövzuda nə düşünürsən?
– Klublar daha keyfiyyətli legionerlər alsalar, çox yaxşı olacaq. “Sabah”da heyətini gücləndirsə, təbii ki, pis olmaz. Əks-halda biz bu heyətlə əsas hədəfimiz olan liqada qalmaq vəzifəsini yerinə yetirməyə çalışacağıq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp