“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Arsenal” iki futbolçu itkisiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda “Mançester Yunayted”lə keçirilən matçda (2:2) Rob Holdinq və Aron Remzi zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Görüşün 36-cı dəqiqəsində zədələnərək, meydanı tərk edən Holdinq Stefan Lixştaynerlə əvəzlənib. Matça start heyətdə başlayan Remzi isə ikinci hissədə meydana çıxmayıb.

Baş məşqçi Unay Emeri oyundan sonra keçirilən mətbuat konfransında 28 yaşlı Remzinin zədəsinin ciddi olmadığını, Holdinqlə bağlı böyük problemlə üzləşə biləcəklərini deyib.

Hazırda “Arsenal”ın heyətində Loran Koselni və Naço Monreal da zədəlidir. Emeri Koselninin "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının 6-cı tur matçına qədər hazır olacağını bildirib.

“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda keçirib və 0:3 hesabıyla uduzub. Komandalar arasındakı cavab görüşü isə dekabrın 13-də Londonda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp