“Zirə”nin futbolçusu Bilal Həmdinin futbolinfo.az saytına müsahibəsi:

– “Qəbələ” ilə səfər oyununda 1 xalı özünüz üçün yaxşı nəticə sayırsız?
– Düşünmürəm ki, bu 1 xal yaxşıdı. Baxmayaraq ki, səfərdə oynayırdıq, amma biz qələbəyə layiq idi. Oyuna baxdınızsa, görərsiniz ki, matça bütün nəzarət bizim əlimizdə idi. Rəqib qapımız qarşısında heç bir təhlükəli vəziyyət yaratmadır. Amma istənilən halda 1 xal heç olmamasından yaxşıdı. 

– Matçın 2 gün ərzində keçirilməsi sizə nə qədər təsir etdi?
– Əlbəttə ki, bu, matça təsir etdi. Çünki hakim matçın gününün dəyişdirilməsinə görə unutmuşdu ki, mənim 1 sarı vərəqəm var. Ona görə də ikinci hissənin əvvəlində mənə ikinci sarı vərəqəni göstərdi. 

– Qırmızı vərəqə ilə razı deyilsən?
– Epizod olandan sonra heç ikinci sarı vərəqə haqqında düşünmədim. Fikrimcə, orda vərəqəlik epizod mümkün deyildi. Amma hakim səhv etdi və mənə ikinci sarını verdi. Fikrimcə, referi özü də səhv etdiyini bilirdi. Artıq hər şey bitib və hər kəsin səhv etməyə haqqı var. 

– Çempionatın ilk yarısı başa çatdı…
– Biz çox çətin bir ilk yarı keçirdik. Amma inkişaf etdik. Topu özümüzdə daha çox saxlamağı bacaran bir komandaya çevrildik. Mübarizə əzmimizi artırdıq. Əminəm ki, ikinci yarıda bundan çox yaxşı “Zirə” izləyəcəksiz. 

– Səncə, “Zirə”nin dəyişməsi üçün nə qədər yeni futbolçuya ehtiyac var?
– Gün keçdikcə biz Samir Abasov istədiklərini yerinə yetirməyə daha yaxın oluruq. Siz son 2 ayı müqayisə etsəz, fərqi görəcəksiz. Bilmirəm ki, komandaya nə qədər yeni futbolçu gələcək və ya lazımdı. Bunu baş məşqçi bilər. 

– Samir Abasov dəfələrlə futbolçulardan narazılıq edib. Görünən odu ki, heyətdə dəyişikliklər edəcək. Səncə, burada qala biləcəksən?
– Mənim yaya qədər müqaviləm var. 

– Avrokuboklara vəsiqə verən pillələrdən əlinizi üzmüsünüz, yoxsa şansınız var?
– Mövsümün ikinci yarısında çox şeyi dəyişməyimiz mümkündü. Düşünürəm ki, biz avrokuboklara vəsiqə qazana bilərik.

CAVAD

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp