Azərbaycanın U-19 millisinin Avropa çempionatının elit-raundundakı rəqibləri məlum olub.

Futbolinfo.az xəbər verir ki, püşkün nəticəsinə görə Azərbaycan yığması Rusiya, Rumıniya və İrlandiya ilə birgə 1-ci qrupda mübarizə aparacaq.

Qrup oyunları 2019-cu ilin 20-26 mart tarixində Rusiyada keçiriləcək.

1-ci qrup: İrlandiya, Rusiya, Azərbaycan, Rumıniya
2-ci qrup: Yunanıstan, Çexiya, İngiltərə, Danimarka
3-cü qrup: Almaniya, Macarıstan, Norveç, Xorvatiya
4-cü qrup: İspaniya, Hollandiya, Uels, Sloveniya
5-ci qrup: Fransa, İsrail, İsveçrə, Polşa
6-cı qrup: Portuqaliya, Şotlandiya, Türkiyə, Kipr
7-ci qrup: İtaliya, Serbiya, Ukrayna, Belçika

Qrup qalibləri 14-27 iyulda Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp