19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı AFFA-nın saytına fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi püşkün nəticəsindən razı qaldığını deyib:

“Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burda zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də, rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp