Rusiyada ilin ən yaxşı gənc futbolçusunun adı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Moskva ÇSKA-sının 20 yaşlı futbolçusu İlzat Axmedov 2018-ci ilin ən yaxşı gənc futbolçusu seçilib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İlin ən yaxşı gənc futbolçusu adına digər namizədlər ÇSKA-nın 20 yaşlı futbolçusu İvan Oblyakov, “Rostov”un üzvü Dmitri Skopinçev və Moskva “Spartak”ının qolkiperi Aleksandr Maksimenko olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp