“Barselona” İspaniya kubokunun cavab oyununda “Leonesa”nı 4:1 hesabıyla məğlub etsə də, bu görüşdə ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Malkom bu qarşılaşmada zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, braziliyalı futbolçunun sağ ayaq topuğundan zədələndiyi bildirilib. Malkomun sağlıq vəziyyəti tibbi müayinələrdən sonra bilinəcək.

Malkom “Barselona”nın “Leonesa” ilə matçdakı 3-cü qolunun müəllifi olub.

İki oyunun nəticəsinə görə rəqibindən üstün olan "Barselona", İspaniya kubokunda 1/8 final mərhələsinə yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp