Dünyanın ən yaxşı məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, “World coach ranking” saytında yer alan siyahıda Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 452-ci pillədə yer alıb. Qurbanov ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pillədədi. İtaliyalı mütəxəssis ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Reytinq siyahısına “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15160 xal. Madrid “Atletiko”sunu çalışdıran Dieqo Simeone ikinci (13427), “Yuventus”lu Massimiliano Alleqri isə 12791 xalla üçüncüdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp