“Qəbələ” qış fasiləsində seneqallı futbolçu Malik Maneni transfer etmək istəyir. 

Futbolinfo.az xəbər verir ki, Qazaxıstanın “Akjayık” klubunda oynayan hücumçunun başqa təklifləri də var. İranın “Persopolis” klubu da onunla anlaşmaq istəyir. 

Futbolçunun meneceri Valeri Reşetnev futbolinfo.az-a açıqlamasında bildirib ki, təklif var. Amma Mane öncə Qazaxıstan klubu ilə anlaşmağa çalışacaq: 

“Bu barədə danışmışam. Onun ilk növbədə “Akjayık”la danışıqlar aparacağı sözsüzdü. Çünki onlar da Malikin xidmətində maraqlıdı. Lakin “Qəbələ”dən təklif var, danışıqlar gedir. Son mərhələyə çata bilsək, sizə dəqiq informasiya verə bilərəm. Çünki təkcə Azərbaycan klubu ilə danışıq aparmırıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp