Peru Futbol Federasiyasının prezidenti Edvin Ovyedo saxlanılıb. 

Futbolinfo.az xəbər verir ki, polis federasiya rəhbərini cinayətkar təşkilat ilə əlaqalərdə şübhəli bildiyi üçün 10 günlük istintaqa cəlb edib. 

Həbs Lima şəhərində hüquq-mühafizə orqanının qərarı ilə həyata keçirilib. Ovyedo, əsasən, korrupsiya ilə bağlı ittiham olunur. 

Qeyd edək ki, Edvin Ovyedo 2014-cü ildən Peru Futbol Federasiyasının prezidentidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp