İspaniyanın “Sevilya” klubu çinli iş adamlarına satılır.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, satınalma ilə bağlı yaxın günlərdə müqavilə imzalanması gözlənilir. Müqavilənin dəyəri 300 milyon avro olaraq qiymətləndirilir.

Klubun yeni sahiblərinin idarəçilikdə və komandanın heyətində dəyişiklik etməyəcəyi deyilir.

Avropa Liqasının beşqat qalibi bu mövsüm La Liqada keçirdiyi 14 turdan sonra 27 xalla taurnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp