17 yaşadək futbolçular arasında AVRO-2020-nin seçmə mərhələsinin təqvimi açıqlanıb. Azərbaycan millisinin 2019-cu ilin payızında keçirəcəyi oyunların da tarixi bəlli olub.
 
Yunanıstanda mübarizə aparacaq IX qrupda qüvvəsini sınayacaq yığmamız ilk turda meydan sahibləri ilə görüşəcək. Bu oyun noyabrın 13-də baş tutacaq.
 
Komandamız II turda Almaniya, son matçında isə Qazaxıstanla üz-üzə gələcək.
 
U-17-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, IX qrup
 
I tur, 13 noyabr
Almaniya – Qazaxıstan
Azərbaycan – Yunanıstan
 
II tur, 16 noyabr
Almaniya – Azərbaycan
Yunanıstan – Qazaxıstan
 
III tur, 19 noyabr
Yunanıstan – Almaniya
Qazaxıstan – Azərbaycan
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp