"Qəbələ"nin sabiq futbolçusu Dion Malone 10 min avro ziyana düşüb. Hollandiya mətbuatının yaydığı xəbərə görə, 2017/18 mövsümünün sonunda "Qəbələ"dən ayrılan futbolçunun agenti Con Veldmana "Tvente" və "Den Haaq" klubları ilə danışıqlar aparsa da, razılığa gələ bilməyib.
 
Malone də bu səbəbdən 12 il birgə çalışdığı agent Veldmanla yolları ayırıb və özü "Den Haaq"la danışıqlar apararaq, anlaşıb. Veldman isə bu hərəkətinə görə Surinam əsilli yarımmüdafiəçini məhkəməyə verib və 10 min avro təzminat alıb.
 
Qeyd edək ki, Malone ötən mövsüm "Qəbələ"də 20 oyun keçirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp