Azərbaycan kubokunun 1/4 finalında oynayacaq komandalardan 7-si əvvəllər də yarışın ən yaxşı “8-liy”inə düşüb. Futbolinfo.az xəbər verir ki, yalnız “Sabah” ilk dəfə bu raundda oynayacaq.

Sonuncular Azərbaycan kuboku tarixində 1/4 finalda qüvvəsini sınayacaq 45-ci komanda olub. Bunadək 44 klub bunu bacarmışdı.

“Sabah” kimi 1/8 final səddini adlayan digər komandalardan “Səbail” 2-ci, “Sumqayıt” 4-cü dəfə bunu bacarıb. “Keşlə” isə 16-cı dəfə yarımfinalın bir addımlığında olacaq. Paytaxt təmsilçisi bu göstəricidə “Bakı”nı arxada qoyub və 3-cü yerin tək sahibi olub.

Rekord isə 1/4 finala birbaşa yüksələn “Neftçi”yə məxsusdu. “Ağ-qaralar” 27-ci, yarışa bu raunddan başlayacaq “Qarabağ” 20-ci dəfə 1/4 finalda oynayacaq. “Qəbələ” 11-ci, “Zirə” isə 4-cü dəfə bu mərhələdə mübarizə aparacaq. (matç.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp