Komitənin gündəliyində olan digər məsələ aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsidi. Bu bənd daha düzgün yazılmalı idi, korrektəyə ehtiyac var.
 
Aşağı yaş qruplarından ibarət millillərin strategiyası zatən bəllidi, onlar seçmə mərhələləri imkan daxilində yaxşı tamamlamalı, əsas milli üçün kadrları üzə çıxarmalıdılar. Məsələ bu yığmalara oyunçu seçimində ortaya çıxan problemlərdədi. Uşaq liqalarının təşkilindəki problemlər müzakirə olunmalı, nəyə görə yeni nəslin yetişmədiyi araşdırılmalıdı. Zatən layiqli namizədlər üzə çıxacağı təqdirdə bu, millilərin nəticələrinə də müsbət təsirini göstərəcək. Bizdə isə yığma məşqçilərinin ümumiyyətlə, seçim imkanı yoxdu, yaşı çatan bütün oyunçular onsuz da yığmalara cəlb olunur, onların səviyyəsi qənaətbəxş deyilsə, bu, artıq 12 ildəki fəaliyyətsizliyin, işi düzgün qurmamağın nəticəsidi.
 
Strategiyanı müəyyənləşdirmək lazımdı, amma yığmaların deyil, uşaq liqalarının… Bu yarışlara nəzarət də Məmmədovun və dostlarının əlindən alınmalıdı.
 
Millinin son bir ildəki çıxışını müzakirə edənlər elə İcraiyyə Komitəsində əyləşmiş digər şəxslərin də fəaliyyətinə baxmalıdı. AFFA-nın 1-ci vitse-prezidenti Rauf Əliyev uşaq futbolu federasiyasının da prezidentidi. Ondan soruşulası çox şey var. Hara baxmısız, nə işlə məşğul olmusuz ki, indi milli komandalara layiqli namizədlər yoxdu? Berlində xərclədiyiniz pulların sonu nə oldu; açdığınız akademiyanın yetirmələri hanı?
 
Eyni sual digər İK üzvü İsgəndər Cavadova da verilməlidi. Regional futbol federasiyasının rəhbəri bu illər ərzində nə ilə məşğul olub? Niyə bölgələrdən yeni futbolçu nəsli yetişmir? Ümumiyyətlə, baş katibin danışan robotuna çevrilmiş İsgəndər bəy axırıncı dəfə Tovuzda, Gəncədə, Mingəçevirdə, digər bölgələrdə nə vaxt olub, uşaq futbolunun, bölgə futbolunun problemləri ilə maraqlanıbmı? Bu adamın iş qabiliyyəti öz adına açdığı akademiyanın komandalarının hər tur buraxdığı 15-16 topla ölçülməlidi.
 
Kazbek Tuayev nə iş görür? Futbol veteranımız onillərdi bir məktəbə rəhbərlik edir, dövlət büdcəsindən ayrılan milyonların xərclənməsini izləyir. Bəs, nəticə hanı? Kim yetişdirilib, millidə rəhbərlik etdiyi olimpiya mətktəbinin neçə yetirməsi var?
 
Vaqif Sadıqovun rəhbəri olduğu Məşqçilər Komitəsi nə üçün mövcuddu? Uşaq liqalarında işləyən məşqçilərin səviyyəsi onu qane edirmi, bu insanların səviyyəsinin artırılması, müxtəlif kurslara, seminarlara cəlb edilməsi üçün Sadıqov hansı işi görüb?
 
Ancaq vəzifə maaşı üçün kreslo tutanlarının fəaliyyətinin müzakirəsi lazım ikən, az-çox iş görən Qurbanovu hədəfə gətirməyə çalışırlar. Milli komandada həmin Tuayev də işləyib, Sadıqov da. Rusiyada, Türkiyədə legionerlərimiz olanda, daha peşəkar futbolçu namizədlərin bol olduğu dövrdə Lixtenşteynə boyun əyən bu adamlar indi Avropada Azərbaycan futbolunu ən yaxşı şəkildə təmsil edən adamdan hesabat istəyəcəklər?
 
(davamı olacaq)
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp