İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandellinin yeni iş yeri məlum olub.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Cenoa”nın “sükanı arxasına” gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Prandelliylə mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Cenoa” alınan uğursuz nəticələrdən sonra baş məşqçi İvan Yuriçlə yollarını ayırmışdı. Komanda 14 turdan sonra turnir cədvəlində 15 xalla 14-cü pillədə yer alıb.

Prandelli məşqçi karyerası ərzində “Parma”, “Roma”, “Fiorentina”, “Qalatasaray”, “Valensiya” kimi klublarda çalışıb. O, 2010-2014-cü illər aralığında İtaliya millisinin də baş məşqçisi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp