Qış fasiləsinə bir neçə gün qalmış “Səbail”də ilk ayrılıq yaşanıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi legioner futbolçusu Edqar Paçeko ilə müqaviləyə xitam verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, “Səbail” PFK Paçekonun klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib. “Səbail” Paçekoya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 28 yaşlı meksikalı yarımmüdafiəçi “Səbail”in heyətində sonuncu dəfə 7-ci turda “Sumqayıt”a qarşı matçda meydanda olub.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp